BMM (beynəlxalq mətbuat mərkəzində) tanınmış müğənni Coşqun Viləşin, söz və musiqisi Qarabağ qazisi Zaur Zeynala aid "Qarabağ" adlı mahnısının klip təqdimatı keçirilmişdir.

BMM (beynəlxalq mətbuat mərkəzində) tanınmış müğənni Coşqun Viləşin, söz və musiqisi Qarabağ qazisi Zaur Zeynala aid
18.02.2019-cu ildə BMM (beynəlxalq mətbuat mərkəzində) tanınmış müğənni Coşqun Viləşin, söz və musiqisi Qarabağ qazisi Zaur Zeynala aid "Qarabağ" adlı mahnısının klip təqdimatı keçirilmişdir. Klipin rejissoru Vüsal Məmmədov, prodüseri Şahin Yusifovdur. Klip Xocalıda baş verən real hadisələr əsasında lentə alınmışdır. Klipdə murdarların əlinə keçməməsi üçün qızı Ağcanı öldürən Xoca kişidən, meşədə körpəsinin ağlama səsinə qız - gəlinlər əsir düşməsin deyə balasını sinəsinə sıxıb yaylığı ilə ağzını qapayan Müşkünaz ana və körpə Salatın baladan bəhs edilir, hansı ki öldüyü zənn edilən körpə Salatın dəfn edilməsi üçün yuyulmağa aparıldığı bulaq başında yenidən tərpənməyə və ağlamağa başlamışdır. Çəkilişlər əsasən Füzuli rayonu ərazisində və Bakı şəhərində aparılmışdır. Klipdə Cosqun Viləşin tərəf müqabilləri -əməkdar artist Elçin Həşimov və akademik milli dram teatrının aktrisası Rada Nəsibova olmuşdur.

Xəbər lenti