Bokçu nokautdan sonra öldü - FOTO

Bokçu nokautdan sonra öldü - FOTO
Amerikalı boksçu Patrik Dey Çarlz Konvell ilə döyüş zamanı aldığı kəllə-beyin travması nəticəsində dünyasını dəyişib.

"WBC və təşkilatın prezidenti Maurisio Suleyman Patrik Deyin ölümü ilə bağlı dərin təəssüfünü bildirirlər. O, 12 oktyabrda aldığı kəllə-beyin travması nəticəsində bu gün dünyasını dəyişib. WBC bu çətin anlarda Patrikin ailəsinə qoşulur", — Beynəlxalq Boks Şurasının (WBC) saytında deyilir.

27 yaşlı idmançı onuncu raundda nokauta salınıb. Huşsuz halda rinqdən çıxarılan Dey beyin əməliyyatı keçirib, lakin həyatını xilas etmək ümkün olmayıb.

7News.Az

Xəbər lenti