Boksçular eyni anda nokdaun oldu - VİDEO

Boksçular eyni anda nokdaun oldu - VİDEO

Sosial şəbəkələrdə iki boksçunun rinqdə bir-birini nokdauna göndərməsini əks etdirən video yayılıb.

Videoçarx "House of Highlights”adlı "YouTube” kanalında dərc olunub.

Məlumata görə, iki amerikalı boksçu Cerhed Fenderson və İrosvani Düvergel arasında döyüş mayın 10-da Hollivudun hotellərindən birində keçirilib. Epizodların birində hər ikisi bir-birinə güclü yumruq zərbəsi vuraraq müvazinətlərini itirib və yerə yıxılıblar. Düvergel kanatların üzərinə aşıb və tezliklə ayağa qalxıb, Fenderson isə özünə gələnə qədər bir müddət yerdə qalıb.

Döyüş hakimlərin yekdil qərarına görə D.Fendersonun qələbəsi ilə başa çatıb.

 

7News.Az

Xəbər lenti