“Bozun əlli çaları” müəllifinin yeni romanı çıxacaq

“Bozun əlli çaları” müəllifinin yeni romanı çıxacaq

Dünya ədəbiyyatının bestsellerlərindən sayılan "Bozun əlli çaları” kitabının müəllifi, britaniyalı yazıçı Erika Leonard Ceyms aprel ayında "Mister” adlı yeni erotik romanını nəşr etdirəcək.

7News.Az xəbər verir ki, bu barədə "Penguin” nəşri məlumat yayıb.

Yeni roman Londona təzə gəlmiş sirli qadına bir könüldən min könülə aşiq olan gənc ingilis zadəgandan bəhs edir. Yazıçının sözlərinə görə, kitabın süjet xətti bir növ "Zoluşkanın” XXI əsr variantıdır.

Kitab ABŞ və Böyük Britaniyada aprelin 16-da işıq üzü görəcək.

7News.Az

Xəbər lenti