Braziliya finalda: Argentina səddi keçildi - VİDEO

Braziliya finalda: Argentina səddi keçildi - VİDEO

Braziliya milli komandası Amerika Kubokunun yarımfinalında əzəli rəqibi Argentina yığması ilə qarşılaşıb.

7News.Az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyun 5-qat dünya çempionlarının qələbəsi ilə nətiçələnib – 2:0.

Braziliyalılar hər taymda bir dəfə fərqlənə biliblər: qolları hücumçular Jezus və Firminyo vurublar. Argentinalı ulduzlar Messi və Aquero isə qol əvəzinə hərəyə bir dəfə qapı dirəyini nişan alıblar.  

Beləliklə, Braziliya yığması Amerika Kubokunun finalına vəsiqə qazanıb və iyulun 7-də həlledici görüşdə Çili-Peru cütlüyünün qalibi ilə garşılaşacaq.

 

 

7News.Az

Xəbər lenti