Ali Radada qalmaqal - Savçenko spikerin yerini `zəbt etdi`

Ali Radada qalmaqal - Savçenko spikerin yerini `zəbt etdi`

Ukrayna Ali Radasının “Batkivşina” və “Radikal” partiyasından olan 20 deputatı sessiya zalında kürsünü və Rəyasət Heyətini əhatəyə alaraq prezident Pyotr Poroşenkonun da adının hallandığı ofşor qalmaqallarının araşdırılmasını tələb edib.

 

APA-nın UNN-ə istinadən verdiyi xəbərə görə, təxminən 15 deputat Rəyasət Heyətini, 5-i isə tribunanı mühasirəyə alıb. Sədrin yerində deputat Nadejda Savçenko əyləşib.

Parlamentarlar, həmçinin, Rəyasət Həyətinə girişi bağlayıblar.

Nəticədə Radanın spikeri Andrey Parubiy parlamentin axşam iclasını açan kimi yarımçıq dayandırmaq məcburiyyətində qalıb. O bildirib ki, parlamentin işini davam etdirməsi üçün siyasi məsləhətləşmələr aparılması vacibdir.

 

7news.Az

Xəbər lenti