Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanına  qeydiyyat başlanıb.

7News.Az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatında bildirilir ki, ali və ya tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə sənəd verən abituriyentlər "Azərbaycan Respublikasında Dövlət dili haqqında" qanuna əsasən "Azərbaycan dili" fənnindən də test imtahanı verməlidir.

İlk olaraq abituriyent elektron ərizə qəbulu üçün nəzərdə tutulan TQDK-nın virtual ödəmə kartını   əldə etməlidir. Bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunmalıdır. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac yoxdur. Bu vaxta kimi qeydiyyatdan keçən abituriyentlərin sayı 300 nəfərə yaxındır.

Xəbər lenti