Britaniya polisi öz həyətində çılpaq gəzən modeli izləyibmiş - FOTOVİDEO

Britaniya polisi öz həyətində çılpaq gəzən modeli izləyibmiş - FOTOVİDEO

Britaniya polisinin əməkdaşları bir neçə il müddətində 54 yaşlı model Treysi Diksonu güdüblər. Bunun üçün onlar Cənubi Yorkşir bürosunun xidməti vertolyotundan və yüksək keyfiyyətli kameradan istifadə ediblər. 

Daily Mail xəbər verir ki, Qadın öz həyətində çılpaq vəziyyətdə günəş vannası qəbul edəndə həftədə üç-dörd dəfə evinin üzərində uçan vertolyoru görüb. Rahatlığını pozan səsdən şübhələnən Dikson polisə müraciət edib. Tezliklə model vertolyota bərkidilmiş kameranın onun çılpaq bədəninə fokuslandığını əks etdirən görüntüləri əldə edib. 

Məlum olub ki, istiahət edən insanları izləmək ideyası 53 yaşlı polis əməkdaşı Edrian Poqmorun ağlına gəlib. Özü də təkcə Diksonu deyil, onun həmin vaxt 15 və 18 yaşlarında olan qızlarını da izləyiblər.

2017-ci ildə Poqmor insanların şəxsi həyatına müdaxilə ittihamı ilə həbs olunub. Amma əməliyyatda iştirak edən digər şəxslər azadlıqda qaldığından, bu qərar modelin ürəyini soyutmayıb. Bundan başqa, polis onun necə izlənməsi ilə bağlı məlumatları dolğun şəkildə açıb ortaya qoymaqdan imtina edib.

Nəticədə Treysi yeni iddiayla məhkəməyə müraciət edib. O, 200 min funt (240 milyon dollar) məbləğində mənəvi təzminat istəyir. 



 

 

 

7News.Az

Xəbər lenti