Britaniyanin ABŞ-dakı səfirinin Tramp haqqında fikirləri aranı qarışdırdı

Britaniyanin ABŞ-dakı səfirinin Tramp haqqında fikirləri aranı qarışdırdı

Böyük Britaniya ilə ABŞ arasında diplomatik qalmaqal baş verib.

"CNN xəbər verir ki, buna səbəb Britaniyanın ABŞ-dakı səfiri Kim Derokun Prezident Donald Tramp haqqında fikirləridir.

Belə ki, "Daily Mail” qəzeti aralarında səfirin Britaniya hökumətinə yolladığı raportların da olduğu diplomatik sənədləri aşkarlayaraq çap edib.

Sənədlərdən bəlli olub ki, D.Trampın bacarıqsız olduğunu deyən K.Derok Ağ Ev daxilində intriqalardan bəhs edib, bu sistemin tez bir zamanda çökə biləcəyini vurğulayıb. O, Trampın hər an dediyinin tam əksini edəcək potensiala malik olduğunu da qeyd edib.

Yazışmaların açıqlanması ilə birlikdə iki ölkə arasında münasibətlər gərginlişməyə başlayıb. Britaniya XİN üzə çıxan yazışmaları rədd etməyib və səfirin sözlərinin hökumətə tövsiyə niyyətində oluğunu bildirən açıqlama yayıb.

ABŞ Prezidenti D.Tramp isə özünə məxsus tərzdə reaksiya verib. O, "Twitter” səhifəsində bildirib ki, Amerika hakimiyyəti Britaniya səfiri ilə əməkdaşlığı dayandırır:

"Biz artıq onlarla heç bir iş görməyəcəyik. Gözəl Britaniya üçün yaxşı xəbər – tezliklə yeni baş naziriniz olacaq”.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər D.Trampın prezidentliyi dövründə İran siyasəti və ticarət müharibələri səbəbindən də gərginləşib. Bir neçə həftə öncə İngiltərədə səfərdə olan ABŞ lideri bəzi çıxışları ilə etirazlara səbəb olub.

I have been very critical about the way the U.K. and Prime Minister Theresa May handled Brexit. What a mess she and her representatives have created. I told her how it should be done, but she decided to go another way. I do not know the Ambassador, but he is not liked or well....

 

....thought of within the U.S. We will no longer deal with him. The good news for the wonderful United Kingdom is that they will soon have a new Prime Minister. While I thoroughly enjoyed the magnificent State Visit last month, it was the Queen who I was most impressed with!

35 тыс. человек(а) говорят об этом

 

7News.Az

Xəbər lenti