Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi

Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi

Məşhur müğənni Britni Spirsin xəstəxanaya yerləşdirildiyi ortaya çıxıb.

7News.Az axşam.az-a istinadən bildirir ki, bu haqda ingilis mediası məlumat yayıb. Bildirilib ki, psixoloji problemləri olan Spirs hazırda reabilitasiya mərkəzində yatır.

37 yaşlı müğənninin güclü stress yaşadığı bildirilib. Atası Ceyms Spirsin səhhətində yaranan problem ifaçını həyəcanlandırıb.

 

"Atası az qala ölmüşdü. Bir neçə həftə əvvəl yenidən əməliyyat olunub. Özünü yaxşı hiss etmir. Spirs atasını çox sevir. Buna görə də hazırda stresdən halı pisləşib", - mənbə söyləyib.

7News.Az

Xəbər lenti