RU
lombard
Bu bananlardan uzaq durun - SƏBƏB
12:00
336

Bu bananlardan uzaq durun - SƏBƏB

Banan barədə miflər dolaşır, bəziləri deyir, o zərərlidir, radiasiyalıdır, bəziləri tərkibində zəhərli maddə var, bəziləri isə ümumiyyətlə bananın keyfiyyətsiz yetişdirilən növlərinin satışa gətirildiyini bildirir.

7News.Az medicina.az-a istinadən bildirir ki, Rusiyanın məhsulların keyfiyyətinə nəzarət qurumu banan seçimində diqqət yetirilməli məsələləri açıqlayıb.

belə ki, üzərində sarı, tünd ləkələr olan bananları almayın.

Bananın qabığı saf, kəsiksiz, bərk, hamar olmalıdır. Başqalarının digər bananları ayırararkən saplaqdan qopardığı bananları da almasaz yazşıdır.

Çünki həmin qopuq hissədən qabıq aralanır və bananın içərisinə müxtəlif lazımsız maddələr düşə bilər və o keyfiyyətini itirir.

Yaxşı bananın rəngi mat, bərabər rənglənmiş sarı, limon rəngi və ya sarı-yaşılı rəng olmalıdır.

Yaşıl, tam yetişməmiş bananları o zaman ala bilərsiz ki, onlarə dərhal yox, bir neçə gün saxlayıb yeyəcəksiz.

Üzərində qara nöqtələr olan bananları isə çox saxlamaq olmaz.

 

Əgər bu nöqtələr böyüyüb, qara ləkəyə çevrilərsə, o bananı atın.

Qabığı bozarmış rəng alan banandan uzaq durun, onlar dondurulub və sonradan açılıb.

Bananı alarkən qabığına diqqətlə baxın. Bananı sıxdıqda o bərk olmalıdır.Ən dadlı bananlar bir qədər yumru olanlarıdır.

Keyfiyyətli bananın xoş ətri olur. Əgər meyvədən kəskin şirin qoxu gəlirsə, o çox yetişib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ