Bu çimərliyi kim dağıdır? - Fotolar

Bu çimərliyi kim dağıdır? - Fotolar

Lənkəranda vaxtilə məşhur çimərliklərdən biri olan Sutemurdov kəndində Gülbağı deyilən ərazidə yerləşən çimərlik bərbad durumdadır.

Bu haqda "Yeni Sabah”a məmumat verən sakinlər deyirlər ki, bir zamanlar müalicə əhəmiyyətli hesab olunan çimərlik indi sözün əsl mənasında xəstəlik mənbəyidir. Ərazi təkcə təbiətin yaratdığı tullantılarla deyil, sakinlərin atdığı məişət zibilləri ilə eybəcər durum yaradıb.

Bundan əlavə olaraq çimərlikdəki qara qum Sovetlər zamanı  müalicə məqsədi ilə istifadə olunub. İttifaqın müxtəlif yerlərindən insanlar bura gələrək şəfa məqsədi ilə bu qumda günəşləniblər. Sakinlər deyirlər ki, aidiyyatı qurumlar çimərliyin qumunu satmaqla məşğuldur. Hər gün ərazidən bir neçə maşın qum çıxarılır. 

Həmçinin, ərazi təmizlənmir və insanlar bu çirkli çimərlikdən istifadə etmək məcburiyyətində qalırlar. Rayon icra hakimiyyəti və müvafiq qurumlara edilən müraciətlər isə heç bir nəticə vermir.

Ərazidən çəkilmş fotoları təqdim edirik:

Bu çimərliyi kim dağıdır? -
Bu çimərliyi kim dağıdır? -
Bu çimərliyi kim dağıdır? -
Bu çimərliyi kim dağıdır? -
Bu çimərliyi kim dağıdır? -
Bu çimərliyi kim dağıdır? -

Xəbər lenti