Bu dövlət rüsumları artırılır - Yeni qiymətlər

Bu dövlət rüsumları artırılır - Yeni qiymətlər

Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vərəqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumları dəyişir.

7News.Az xəbər verir ki, bu, mayın 21-də Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin verilməsi və müddətinin uzadılması ilə əlaqədar 

Mövcud rüsumlar

 

Müddət

Yetkinlik yaşına çatanlar üçün

Yetkinlik yaşına çatmayanlar üçün

3 ayadək

30 manat

15 manat

6 ayadək

60 manat

30 manat

1 ilədək

120 manat

60 manat

1 il 6 ayadək

180 manat

90 manat

2 ilədək

240 manat

120 manat

2 il 6 ayadək

300 manat

150 manat

3 ilədək

360 manat

180 manat

İcazə vərəqəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə üç ayadək müddət üçün 30 manat, altı ayadək müddət üçün 60 manat, bir ilədək müddət üçün 120 manat, 1 il 6 ayadək müddət üçün 180 manat, iki ilədək müddət üçün 240 manat, 2 il 6 ayadək müddət üçün 300 manat, üç ilədək müddət üçün 360 manat dövlət rüsumu alınacaq.

Təklif olunan rüsumlar

 

Müddət

Yetkinlik yaşına çatanlar üçün

Yetkinlik yaşına çatmayanlar üçün

3 ayadək

40 manat

25 manat

6 ayadək

80 manat

50 manat

1 ilədək

160 manat

100 manat

1 il 6 ayadək

240 manat

150 manat

2 ilədək

320 manat

200 manat

2 il 6 ayadək

400 manat

250 manat

3 ilədək

480 manat

300 manat

İcazə vərəqəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə üç ayadək müddət üçün 15 manat, altı ayadək müddət üçün 30 manat, bir ilədək müddət üçün 60 manat, 1 il 6 ayadək müddət üçün 90 manat, iki ilədək müddət üçün 120 manat, 2 il 6 ayadək müddət üçün 150 manat, üç ilədək müddət üçün 180 manat dövlət rüsumu alınacaq.

7News.Az

Xəbər lenti