RU
lombard
Bu gündən planetlər paradını izləmək mümkün olacaq
14:03
240

Bu gündən planetlər paradını izləmək mümkün olacaq

Paradın əsas iştirakçıları Venera, Mars, Yupiter, Merkuri və Ay olacaq.

Bu ilin oktyabr ayında Yer sakinləri planetlər paradı adlandırılan kosmik hadisəni müşahidə edə biləcəklər.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadən xəbər verir.

Planetlərin kiçik paradı ən ecazkar astronomik hadisələrdən biri hesab olunur. Bu zaman bizim Günəş sistemimizin planetlərinin bir hissəsi kiçik sektorda Ayın bir tərəfində sıralanacaq.

Səmada bu göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər. Sözügüdən hadisənin əsas iştirakçıları Venera, Mars, Yupiter, Merkuri və Ay olacaq.

Bu zaman Yer kürəsinin təbii peyki olan Ay səhər səmasında planetlər qrupuyla yaxınlaşacaq. Bu kosmik hadisə 20 oktyabrda Merkurinin "xətti" pozaraq səhər səmasından yox olmasıyla bitəcək.

Astronomların sözlərinə görə, planetlər paradını aydın hava şəraitində Günəşin doğuşuna iki saat qalmış müşahidə etmək mümkün olacaq./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ