Bu telefonlardan istifadə edən şəxslər çox diqqətli olmalıdır - Səsiniz bu formada dinlənilir

Bu telefonlardan istifadə edən şəxslər çox diqqətli olmalıdır - Səsiniz bu formada dinlənilir

ABŞ-ın "Apple” texnologiya şirkəti cihazlarındakı daha bir çatışmazlığı ilə gündəmə gəlib.

 "Apple”ın görüntülü zəng xüsusiyyəti olan "Face Time” sistemindəki xəta səbəbilə istifadəçilərin xəbəri olmadan danışıqların dinlənilməsi mümkündür.

"Texnobloq”un xəbərinə görə, iOS 12.1 sistemi ilə çalışan "iPad” və ya "iPhone” cihazlara vasitəsilə "Face Time” vasitəsilə zəng gəldikdə həmin şəxs zəngə cavab verməsə belə, onun səsi eşidilə bilir. Belə ki, bir nəfər "Face Time” vasitəsilə ilə zəng edilərkən öz telefon nömrəsini görüşməyə əlavə edəndə "Face Time” bunun aktiv bir konfrans görüşü olduğunu düşünür və zəng edilən həmin şəxsin səsi eşidilir.

"The Verge” saytının infromasiyasına görə, şirkət bu durumdan xəbərdardır. Bu həftə ərzində təklif ediləcək yeniliklə problem həll ediləcək. İstifadəçiləri bu xətadan uzaq tutacaq yeganə yol isə hələlik "Face Time” proqramını deaktiv etməkdir./publika

7News.Az

Xəbər lenti