Cüdoçumuz Avropa Çempionu oldu

Cüdoçumuz Avropa Çempionu oldu

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına start verilib.

7News.Az xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. Növbəti döyüşündə Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanan həmyerlimizin yarımfinaldakı rəqibi də bu ölkədən olub. Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Fərhad Rəcəbli Ukrayna cüdoçusu İhor Knyşa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər təmsilçilərimiz - Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) isə 7-ci yeri tutub.

Xəbər lenti