Bura bankdır, yoxsa vağzal? – Kapital Bankın filialından fotofakt

Bura bankdır, yoxsa vağzal? – Kapital Bankın filialından fotofakt

Kapital Bankın bəzi filiallarında böyük növbə problemi zaman-zaman gündəmə gəlib. 

Bu haqda "Yeni Sabah”a danışan şikayətçilərdən biri, İlkxəbər.org saytının redaktoru Xanoğlan Əhmədo bu gün də bankın "Neftçilər” filialında eyni halın baş verdiyini deyir.

"Bu, Prezidentin sərəncamından sonrakı durumdur. Pensiyalar artdı, daha sonra 1-ci qrup əlillərə  Prezident sərəncamına uyğun olaraq əlavə 100 manat verildi. Bunlar hər biri ayrı-ayrılıqda kart sistemi ilə həyata keçirilir. İndi çox əcaib bir vəziyyət yaranıb. Bu kartları rayonlar üzrə vermirlər. Məsələn, mən Suraxanı rayonuna qeydiyyatdayam, amma bizim kartlarımızı Neftçilərdə verirlər. Guya ki, Kapital Bankın Neftçilər filialında kart mərkəzi yaradıblar”. 

Onun sözlərinə görə, əvvəlki sistemdə bu cür hallar baş vermirdi: "Burada camaat 9-dan gəlir, amma saat 5-6-a qədər  kartlarını ala bilmirlər. Hələ mən bu şəkili çəkəndə camaatın yarısı çıxıb getmişdi. Bilmirəm, bura bankdır, yoxsa vağzal?! Məsələn, özüm bir neçə həftə bundan öncə  saat 11-də gəlib, saat 5-in yarısında pensiya kartımı almışam. 

Camaat narazılıq eəndə bir az sürətlə iş görürlər. Camaat səsini çıxarmasa, ümumiyyətlə gecikəcək. İnsanlara zülm edirlər. Bu cür xidmətlə Prezidentin verdiyi sərəncamı gözdən salmaq istəyirlər. Prezident sərəncam verir ki, camaatın sosial rifahı yaxşılaşsın. Bu cür xidmət nəticəsində də vətəndaşlar narazı qalır. 

Əvvəllər hər bir vətəndaş öz rayonu üzrə kartını alırdı, belə bir sıxlıq da yaranmırdı. İndi guya mərkəzləşdirmə yaradılıb. Bunun səbəbini mütəxəssislərdən öyrənmək lazımdır”.

Problemlə bağlı Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov "Yeni Sabah"a danışıb: 

"Bizdə Neftçilər, Nərimanov filialları adi filiallardan fərqli olaraq kart mərkəzləridir, əhaliyə kartların verilməsini həyata keçirən xidmət nöqtəsidir.  Bura müavinət, sosial, aqro  kartlar daxildir. Dövlətin əhaliyə müəyyən istiqamətlər üzrə ayırdığı pulları həmin kartlar üzrə əldə etmək mümkündür. Bəzən  kartlardan hansısa gəlir və sayı xeyli çox olur. 

Məsələn, Neftçilər filialı bizim bir neçə ərazinin dövlət tərəfindən verilən subsidiyalara aid olan kartları paylayan bir xidmət nöqtəsidir. Hər kart mərkəzi müəyyən ərazini əhatə edir və həmin ərazidəki vətəndaşlar həmin filiala müraciət edir. Bəzən sıxlıq müşahidə olunur. Bunun səbəbi isə kartların sayının çox olmasıdır. İstifadəçilər də kartı birinci əldə etmək istəyir. Biz də bunu anlayırıq. Bəzən olur ki, bunun üçün iş saatından daha artıq vaxt ayrılır. Həftəsonu  da xidmət göstərilir ki, vaxtında o kartlar paylanılsın və əhali onlardan istifadə etsin”.

Onun sözlərinə görə, kart mərkəzləri yaradılmadan öncə daha çox sıxlıq müşahidə olunub:

"Kart mərkəzləri 2 ildir ki, fəaliyyət göstərir. Bundan əvvəl hər filial üzrə belə hal mövcud idi. Həm kredit alan növbə gözləyirdi, həm də kart almaq istəyən. O zaman növbələr daha çox olurdu. Çıxış yolu olaraq da  hər ərazi üzrə kart mərkəzləri yaradıldı.

Əvvəlki ilə müqayisədə indi vəziyyə düzəlib. Bu hər gün baş verən bir şey deyil. İldə bir neçə dəfə baş verir. Bu da kartların verilmə vaxtı müşahidə olunur. Bank  hər müştəri, yaxud hər bina üçün ayrıca kart mərkəzi yarada bilməz. Ona görə bu ərazi üzrə götürülür. Problemin həlli üçün iş əlavə iş vaxtları təyin olunur, bununla KİV-də də məlumat verilir ki, kart mərkəzləri həftəsonu da bu saata qədər fəaliyyət göstərir.”


Bura bankdır, yoxsa vağzal? –
Bura bankdır, yoxsa vağzal? –

Xəbər lenti