Mədət Quliyev Sankt-Peterburqda

Mədət Quliyev Sankt-Peterburqda

2016-cı il iyul ayının 27-28 tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları rəhbərlərinin 15-ci Müşavirəsi keçirilib.

7news.Az xəbər verir ki, müşavirənin işində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilən və 61 ölkədən 300-dən artıq nümayəndənin qatıldığı tədbirdə BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının aidiyyəti strukturlarının məsul vəzifəli şəxsləri də təmsil olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Müşavirədə “Təhlükəsizlik orqanlarının terrorçuluğa və terrorçulara qarşı mübarizədə əməkdaşlıq məsələlərinə dair” mövzusunda çıxış edib.

General-leytenant Mədət Quliyev Müşavirə çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib.

7news.Az

Mədət Quliyev Sankt-Peterburqda - Foto

Xəbər lenti