"Sarkisyan və Ermənistan əhalisi Rusiyanın nökəridir"

Son günlər Ermənistanda etiraz aksiyaları davam edir.

Bir qrup qiyamçının polis polkunu ələ keçirməsindən sonra Ermənistan əhalisinin bir qrupu onlara dəstək vermək üçün küçələrə çıxıb. Polislə etirazçılar arasında qarşıdurmalar olub. Dünənki etiraz aksiyasında polislər 100-dən çox etirazçını həbs edib.

7News.az bildirir ki, Ermənistanda baş verən hadisələrlə bağlı politoloq Zərdüşt Əlizadə danışıb:

"Ermənistanda qiyamçılar polis idarəsini ələ keçirib. Az sayda əhali onları dəstəkləyir. Əhalinin və müxalifətin əksəriyyəti Serj Sarkisyanın Qarabağ siyasətinin tərəfindədir.

Sarkisyan və Ermənistan əhalisi Rusiyanın əmrlərinə tabedir və onlar hamısı Rusiyanın nökəridir. Rusiyasız Ermənistan Qarabağda heç nə edə bilməz.

Daha radikal mövqedə duran qiyamçılar və hakimiyyəti ələ keçirmək istəyən, qiyamçıları dəstəkləyənlər heç nəyə nail ola bilməyəcəklər.

Sarkisyanı Ermənistanın başına Rusiya gətirib. Rusiyanın icazəsi olmadan Sarkisyanı heç kim hakimiyyətdən sala bilməz. Ermənistan polisi o qiyamçıları dağıdacaq. 100 nəfəri həbs ediblər, daha da çox etirazçı bundan sonra həbs olunacaq. İndiki rejim hakimiyyətdə çox möhkəm oturub "./ölkə.az

7News.az

Xəbər lenti