Bütün homoseksuallar Azərbaycana qarşı - Strasburqda qalmaqal

Bütün homoseksuallar Azərbaycana qarşı - Strasburqda qalmaqal

Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Azərbaycan vətəndaşlarından hüquqlarının pozulduğu hesab edən 25 şikayət daxil olub. Bu iddia şikayətlərin ümumi xarakterini nəzərə alaraq bir məhkəmə prosedura birləşdirilib.

 
7News.Az-ın Haqqin.az saytına istinadən verdiyi məlumata görə, məhkəmənin rəsmi saytında dərc olunan bülletendə iddiaçıların adları qeyd olunmayıb. 
 
Bunun əvəzində, 25 iddiaçının hər biri A-dan Y-ə qədər latın əlifbası ilə təyin adlandırılıb. Bütün iddiaçıların nümayəndəsi hüquqşünas Xəlid Bağırovdur. Bu iş "A against Azerbaijan and 24 other applications" adlanır, yəni "A Azərbaycanın əleyhinə və 24 başqa ərizə".
 
Məlumata görə, işdə iddiaçılar LGBT təşkilatların nümayəndələridir. Onlar, yəni qeyri-ənənəvi oriyentasiyalılar, 2017-ci ilin sentyabr ayının ortalarında Bakıda polis basqını zamanı həbs olunub. Homoseksuallar iddia edirlər ki, onların tutulması və sonrakı inzibati həbsləri qanunsuz, əsassızdır və yalnız onların cinsi seçiminə əsaslanır.
 
İddiaçılar həmçinin polis və həbsxana işçilərin onlara pis rəftar etdiyini iddia edirlər, onlar bildiriblər ki, müvafiq orqanlar  aktiv araşdırma aparmırlar. İddiaçılar həmçinin, onların həbs zamanı məcburi tibb yoxlanışdan keçdiklərindən görə şikayətçidirlər.
 
Hesabata görə, AİHM Azərbaycan hökumətindən iddiaçıların həbsi və inzibati həbsi ilə bağlı bütün sənədlərin, o cümlədən birinci instansiya məhkəmələrinin və Bakı Apelyasiya Məhkəməsinin qərarlarının, habelə zəruri tibbi müayinələrin nəticələrinin surətini tələb edib.

 

 7News.Az


Xəbər lenti