Lənkəranda beşmərtəbəli binada yanğın baş verib

Lənkəranda beşmərtəbəli binada yanğın baş verib
Axşam saatlarında Lənkəran şəhərində yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində yanğın hadisəsi baş verib.
 
Hadisə Z.Əliyeva küçəsi, 78/1, mənzil 14-də qeydə alınıb.
 
Nəticədə ev sahibi Şıxəliyev Siyavuş Şıxəli oğluna məxsus üçotaqlı mənzilin iki otağı, aynabəndin kənar konstruksiyası və dəhliz hissəsi yanıb. Yanğın yerinə iki maşın cəlb edilib.
 
Saat 17.52-də yanğın tam söndürülüb. Hadisə zamanı evdə heç kim olmayıb.
 
7news.Az
 
 
 
 
 

Xəbər lenti