Üç gün sonra əsgərliyə getməli olan gənci öldürənə ağır cəza

Üç gün sonra əsgərliyə getməli olan gənci öldürənə ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

7News.Az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Ə.Ərəbov 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbovla işlədiyi metal qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə, o, iş yoldaşı Q.Hüseynovu küt alətlə vuraraq qətlə yetirib. 

Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub. 

Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildirirlər. 

Yaxınları söyləyib ki, qətlə yetirilən Q.Hüseynov üç gün sonra hərbi xidmətə yollanacaqmış.

Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.

7News.Az

Xəbər lenti