lombard

Canlı efirdə Niyam Salamiyə SEVGİ ETİRAFI: "Evlilik təklif etsə, hə deyərəm"

Canlı efirdə Niyam Salamiyə SEVGİ ETİRAFI:
Məşhur müğənni Niyam Salaminin bu gün doğum günüdür. Müğənni "ARB" kanalında yayımlanan "Ona qalsa" verilişində qonaq olub.

Canlı efir zamanı bir xanım Niyama sevgisini etiraf edib:

"Niyam mənim ilk sevgimdir. 17 yaşımdan Niyamı sevirəm. Ona olan sevgimin 17 yaşı var. Heç vaxt Niyamdan qarşılıq gözləməmişəm. Heç vaxt onun məni sevəcəyinə ümid etməmişəm. Onun mənə hörməti bəsdir. Eşidəndə ki, Niyam evlənir, mən bütün gün ağlamışam. Bu gün də Niyam harada, mən də ordayam. Niyam mənə evlilik təklif etsə, hə deyərəm ona."

Məsələ ilə bağlı Niyam Salami açıqlama verib:

"Mən sevginin qarşısında baş əyirəm. Amma mən həmişə deyirəm, evli olub ayrılmışam və sevgim onunla gedib. Bir hissim olub, o da ailəmlə gedib, onunla ölüb. Allah məni öldürsün ki, bu belədir"./big
7News.Az

Xəbər lenti