Canlı efirə zəng edib 4 uşaq anasını biabır etdi: "Mənim el içində abrımı apardı..." - FOTO

Canlı efirə zəng edib 4 uşaq anasını biabır etdi:
Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişində gərgin anlar yaşanılıb. 

7News.Az xəbər verir ki, atasını axtarmaq üçün körpəsini götürüb efirə çıxan Nigarın anası Həvva canlı yayıma zəng vuraraq onu qınayıb.

O bildirib ki, Nigar 4 uşağı üstünə atıb efirə çıxıb: "4 gündür nəvələrimə baxıram. Qızım mənə dedi ki, mən boğazındakı zobu kəsdirmək üçün Naxçıvana gedirəm. Zəng vururam, cavab vermir. O heç düşündümü ki, mən 4 uşaq qoyub gəlmişəm. Bəsdir, o məni yorur. Özbaşına efirə çıxıb. Gedirdisə 4 uşağını da götürərdi. Ayıb deyilmi ona? Mənim el içində abrımı apardı. Ona iki aylığından Nəcəf baxıb". 

Nərgiz bildirib ki, anası ona dəstək olsaydı atasını axtarmazdı: "Atalığım məni döyürdü. Məni bu vəziyyətə anam salıbdır. Anam məni məcburi maşına mindirib oğlanla göndərdi. Mən heç o oğlanı tanımırdım. Səhər 7-də mənə zəng edib dedi ki, ölümü görmək istəmirsənsə, geri qayıt. Atalığım hər gün məni döyürdü. Onun-bunun qapısında fəhlə kimi işlədim, pul qazanırdılar. Mən də uşaqlarımı nikahsız dünyaya gətirmişəm. Amma çalışıram övladlarım ataları ilə bir yerdə olsun". 

Qeyd edək ki, Nigar öz atası ola-ola atalığının yanında qalmaq istəmədiyini və atasını tanımaq istədiyini bildirib: "Mən anamı aldadıb buraya gəlmişəm. Atam bizi məni yaş yarım olan zaman qoyub gedib". 
Canlı efirə zəng edib 4 uşaq anasını biabır etdi:
7News.Az

Xəbər lenti