Cibindəki pul kisəsi baxın nəyə səbəb oldu? - fotolar

Cibindəki pul kisəsi baxın nəyə səbəb oldu? - fotolar
Türkiyənin İzmir şəhərində Suat Günü silahlı hücuma məruz qalıb.

42 yaşlı adamı şalvarının qarşı cibindəki pul kisəsi ölümdən xilas edib. keçən şənbə günü baş verən hadisədə qasığından vurulan 4 uşaq atası Gün qanlar içində yerə yıxılıb. Ətrafdakıların xəbərdarlığından sonra hadisə yerinə tibb işçiləri gəlib və yaralı adam xəstəxanaya çatdırılıb.

Silahdan çıxan mərminin adamın şalvarının qarşı cibində olan pul kisəsinə tuş gələrək sürətini itirdiyi və beləliklə arteriyal damarın daha az zərər görməsi səbəbilə qan itkisinin qarşısı alındığı bildirilib.

Hadisə ilə bağlı araşdırma başladan polis isə hücumdan sonra avtomobillə qaçan şübhəlinin kimliyini müəyyən etmək üçün ətrafdakı təhlükəsizlik kameralarını gözdən keçirib. Şübhəlinin Suat Günün borclu olduğu O.K olduğu müəyyən olunub. O.K yaşadığı ünvanda polisin apardığı əməliyyat nəticəsində yaxalanaraq həbs olunub.

Müalicə olunan Günün sağlamlıq vəziyyətinin yaxşılaşdığı bildirilib. /metbuat
Cibindəki pul kisəsi baxın nəyə səbəb oldu? - fotolar
Cibindəki pul kisəsi baxın nəyə səbəb oldu? - fotolar

7News.Az

Xəbər lenti