Dağlarda ilişib qaldı, canavarın qorxusundan bir həftə ot yedi - foto

Dağlarda ilişib qaldı, canavarın qorxusundan bir həftə ot yedi - foto
Çinli velosipedçi Tibetdə plato adlanan xüsusi dağlıq ərazini təkbaşına keçməyə çalışarkən özünü çətinliyə salıb. Fen Hao yetərincə ərzaq ehtiyatı götürməyib. Canavar sürüsü ilə qarşılaşandan sonra orada ilişərək qalıb.

Çinli bir həftə otla qidalanıb. Əslində, Fen Hao sevgilisi Lin Si və tanışı Li Çjisenlə bura gəlməliymiş. Məqsəd Çanqtan platosunu keçmək olub. Birlikdə yola çıxıblar. On gün sonra yoldaşları yorulub. Fen Hao qalan məsafəni tək qət edəcəyini bildirib. Bir az ərzaq götürən çinli yoluna davam edib.

Bir müddət sonra sevgilisi və tanışı anlayıb ki, Fenin nəsə problemi var. Çünki ondan xəbər çıxmırmış. Polisə müraciət ediblər. Asayiş keşikçiləri onu iki həftə dayanmadan axtarıb. Velosipedçini Ulanyula gölünün yaxınlığında köhnə yük maşınında tapıblar. Fen burada canavarlara görə gizlənibmiş. Bir həftə əvvəl ərzaq ehtiyatı bitib, otun ümidinə qalıb.

Hao xilas olunsa da, hər üç velosipedçi qadağan edilmiş ərazilərə getdiklərinə görə cərimə olunublar. Avantüraya görə 5 min yuan (təxminən 700 dollar) ödəmək lazım gələcək./bizimyol.info
Dağlarda ilişib qaldı, canavarın qorxusundan bir həftə ot yedi - foto
7News.Az

Xəbər lenti