De Liqt ikinci ən bahalı müdafiəçi olur – 82 mln avroluq transfer baş tutacaq

De Liqt ikinci ən bahalı müdafiəçi olur – 82 mln avroluq transfer baş tutacaq

İtaliya futbol klubu "Yuventus” holland klubu "Ayaks”ın müdafiəçisi Matteys de Liqtin 82 mln avroya transferi ilə bağlı razılığa gəlib. 

TASS bildirir ki, maaşı 12 mln avro təşkil edən 19 yaşlı müdafiəçi 3 mln avro məbləğində bonus da alacaq. 

Futbolçunun agenti Mino Rayolanın bu transferdə 12 mln avro qazanacağı qeyd edilir. Beləliklə, de Liqt tarixdə ikinci ən bahalı müdafiəçi adını qazanmış olacaq. 

Qeyd edək ki, ən bahalı müdafiəçi isə 2018-ci ilin yanvarında "Sauthempton”dan "Liverpul”a 84,5 mln avroya transfer olunmuş holland Vircil van Deykdir. 

Ötən mövsümdə de Liqt "Ayaks”ın tərkibində 7 qol vurmaqla və 4 nəticə verən ötürmə etməklə 55 görüş keçirib. De Liqt klubun tərkibində Niderland çempionu (2018/19) və Niderland Kubokunun (2018/19) sahibi olub.

 

7News.Az

Xəbər lenti