DƏHŞƏTLİ HADİSƏ: 23 nəfər yanaraq həyatını itirdi, 40 yaralı var / VİDEO

DƏHŞƏTLİ HADİSƏ: 23 nəfər yanaraq həyatını itirdi, 40 yaralı var / VİDEO

Yaponiyanın Kioto bölgəsindəki animasiya studiyasında baş verən yanğın nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb. 40-a qədər yaralı var.

Hadisə qəsdən törədilib. 41 yaşlı şəxs zala kimyəvi maddələr ataraq, yanğın törədib. Hadisə zamanı o özü də xəsarət alıb.

Yanğın zamanı binada 70 nəfər olub. Onlardan bəziləri hücumdan xilas ola bilib. Şahidlər yanğın zamanı zalda partlayış səslərinin eşidildiyini bildirib. 

Qeyd edək ki, müxtəlif animasiya filmlərinin nümayiş edildiyi  "Kyoto” mərkəzi 1981-ci ildə inşa edilib./redaktor

Xəbər lenti