Dəhşətli qəza - Avtomobil 30 metrlik körpüdən uçuruma yuvarlandı + VİDEO

Dəhşətli qəza - Avtomobil 30 metrlik körpüdən uçuruma yuvarlandı + VİDEO
Türkiyənin Düzcə vilayətində dəhşətli avtomobil qəzası meydana gəlib.

 7News.Az türk KİV-inə istinadən xəbər verir ki, şosse yolundakı 30 metr hündürlüyü olan Küçükmelen körpüsündən aşağı yuvarlanan avtomobildəki iki nəfər həlak olub.

Qəza səhər saatlarında meydana gəlib. İstanbuldan Ankara istiqamətində hərəkət edən Şaban Kayacan yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə iki nəfər həlak olub. Əraziyə polis və təcili yardım cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


 

7News.Az

Xəbər lenti