Deputat: Azərbaycanda bələdiyyələrin sayı çoxdur

Deputat: Azərbaycanda bələdiyyələrin sayı çoxdur

Deputatlar parlamentin bu gün keçirilən plenar iclasında  bələdiyyələrin fəaliyyətinə dair hesabatı müzakirə edirlər.

7News.Az xəbər verir ki, müzakirələrdə çıxış edən deputat Əli Məsimli qeyd edib ki, bələdiyyələr 20 ildir yaransalar da, görürük ki, onlar ayaqüstə dayana bilmirlər:

"Bələdiyyələr torpaq mövzusundan yerli problemlərin həllinə yönələ bilsələr, yaxşı olar. Ancaq bu sərbəstliyi onlara vermək lazımdır. Azərbaycanda 1700 bələdiyyə var. Bu say belə Azərbaycan üçün çoxdur”. 

Deputat Siyavuş Novruzov deyib ki, bəzi bələdiyyələr çox səlahiyyət istəyir, bəziləri isə olan səlahiyyəti yerinə yetirmir: 

"Ona görə bələdiyyələrin özündə idarə olunma ilə bağlı baxış dəyişməlidir. Elə bələdiyyə var ki onlara milyonlarla subsidiya verilib. Ancaq heç elektron kitabxana açmayıblar. Bələdiyyə meşələrinin, bağlarının salınması həyata keçirə bildirdilər. Elə etmək lazımdır ki, xırda-xırda gəlsin, amma daimi gəlir gəlsin. Eləsi də var ki, deyir ki, növbəti dəfə seçilməyəcəm, ona görə də baxışını dəyişmir”.

Öz növbəsində deputat Qüdrət Həsənquliyev bildirib ki, son vaxtlar "söyüş müxalifəti” ölkədə siyasi islamın legitimləşdirilməsinə cəhd edir: 

"Hesab edirəm ki, bələdiyyə üzvləri insanlara yerlərdə daha yaxın olduğu üçün bu məsələni qarşısının alınmasına, beyinlərin zəhərlənməsinə yol verilməməsinə töhfə verməlidirlər”.

7News.Az

Xəbər lenti