Deputat Hüseynbala Mirələmovun istirahət mərkəzi cərimə edildi

Deputat Hüseynbala Mirələmovun istirahət mərkəzi cərimə edildi

Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reyd keçirib.

7News.Az xəbər verir ki, reyd zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən "1001 gecə”, "Eldorado”, "Aqua Park” və "Dostluq” istirahət mərkəzlərində formalaşan  tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi  olan  "məcburi göstəriş”lər verilib. "Məcburi göstəriş”lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.

Qeyd edək ki, "1001 gecə” İstirahət Mərkəzi deputat Hüseynbala Mirələmova məxsusdur.

 

Deputatın istirahət mərkəzi cərimə edildi
Deputatın istirahət mərkəzi cərimə edildi

Xəbər lenti