RU
lombard
Deputat, pul “silən” biznesmen, “AGBank”ın  rəhbəri
13:36
13376

Deputat, pul “silən” biznesmen, “AGBank”ın rəhbəri

Xəbər verdiyimiz kimi 7News.az informasiya portalı KİV nümayəndələri arasında “Seçki2015” rubrikası çərçivəsində sorğulara start verib. Növbəti araşdırmamız 90 saylı Ağdaş seçki dairəsinin deputatı Çingiz  Əsədullayev haqqındadır.

Zaman-zaman mətbuatda deputatların fəaliyyəti ilə bağlı sorğular həyata keçirilib. 90 saylı Ağdaş seçki dairəsinin deputatı Çingiz  Əsədullayev  haqqında müntəzəm olaraq mediada dərc edilən yazıları ümumiləşdirilmiş şəkildə  təqdim edirik.

Çingiz Əsədullayev ortada qalıb

Oqtay Əsədovla Teymur Mehdiyev arasında seçim etməlidir

 

 “Azərqazbankın” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev Milli Məclisin spikeri Oqtay Əsədovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin arasında qalıb. Qeyd edək ki, bank rəhbəri və millət vəkili artıq on ildir ki, Oqtay Əsədova yaxınlığı ilə seçilən şəxslərin və şirkətlərin maliyyə işlərini qaydaya qoymaqla məşğuldur.O, əsasən tikinti sektoruna kreditlərin ayrılması və işlərin icrasına nəzarətlə məşğul olub. Amma aydın olub ki, bu günə qədər görülən işlərdə ciddi qanunsuzluqlar olub. Mənbə bildirir ki, Çingiz Əsədullayev tikinti şirkətləri ilə əlaqəyə girərək bəzi əməliyyatlar həyata keçirib ki, bundan da daha çox spiker Oqtay Əsədov ziyan çəkib. Xatırladaq ki, son parlament seçkiləri öncəsi də müəyyən qüsurlar ortaya çıxmışdı və onun yenidən mandat alması şübhə altında idi. Son anda isə Çingiz Əsədullayev bu məsələni həll edəcəyini söz verib və edib də. Bundan sonra isə o, millət vikili seçilə bilib. İndi isə Çingiz Əsədullayev başqa problemlə üzləşib. Tikinti sektorunda ciddi paya sahib olan Teymur Mehdiyev Çingiz Əsədullayevdən tələb edib ki, rəhbəri olduğu bank yalnız ona məxsus şirkətlərlə işləməlidir. Bu isə Çingiz Əsədullayevə bir neçə səbəbdən problemlər yaradır. İlk növbədə ona görə ki, rəhbəri olduğu bankın kredit ayırdığı şirkətlərin əksəriyyəti ya özünündür, ya da Oqtay Əsədova yaxın dairələrin. Bu gün onlarla işləri yarımçıq qoyması özünün iflası olacaq. Digər tərəfdən isə, Teymur Mehdiyevlə işləyəcəyi təqdirdə Oqtay Əsədovun qınağına tuş gələcək. Düşdüyü vəziyyətlə bağlı onun spikerə məlumat verdiyi, amma müsbət cavab ala bilmədiyi də bildirilir. Mənbə bunu da bildirir ki, yaxın vaxtlarda problemi həll edə bilməsə, ümumiyyətlə bankdan əlini üzməli olacaq. Hətta istənilən an korrupsiya əleyhinə Mübarizə Komitəsinin bankda yoxlamalar apara biləcəyi də xatırladılır.

Bunu da nəzərinizə çatdıraq ki, Oqtay Əsədovla Çingiz Əsədullayev 134 saylı məktəbdə təhsil alıblar və dostluqlarının tarixçəsi böyükdür.

Deputat Çingiz Əsədullayevin bankında nələr baş verir?

Bu gün bank sektorunda baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanusuz pul köçürmələri və digər bu kimi hallar barədə demək olar ki, hər gün mətbuatda müxtəlif yazılar dərc olunur. Hətta son vaxtlar bir neçə bankı əməkdaşları, filial müdirləri və rəhbərliyə daxil olan şəxslər də həbs olunub. "Texnikabank"da baş verən biabırçılıqlar  buna bariz misal ola bilər. Bütün bunlar əhalinin bank sektoruna olan inamını azaldır və istər-istəməz iqtisadiyyatımıza ciddi zərər verir.

Redaksiyamıza müraciət edən sıravi vətəndaş da 20 ildir fəaliyyət göstərən bankların birindən şikayətçidir. Daha dəqiq desək, söhbət 1992-ci ildən bəri fəaliyyət göstərən "Azəriqazbank" ASC-dən ( "AGBank" ASC) gedir. Onu da bildirək ki, bu bankın rəhbəri Milli Məclisin üzvü Çingiz Əsədullayevdir. Çingiz müəllim uzun illər bu bankın İdarə Heyətinin sədri, hazırda isə Müşahidə Şurasının sədridir.

Bakı şəhəri, Mirəli Seyidov küçəsi, bina 19, mənzil 28 ünvanda (tel: 4-32-98-45 ) yaşayan Nuriyev Faxrəddin Fikrət oğlu qəzetimizə aşağıdakıları söylədi:

"2010-cu il aprel ayının 4-də qonşum Mahir xahiş etdi ki, Füzuli rayonundan olan məcburi köçkün qohumum Təyyar Bayramov "Azəriqazbank"dan kredit götürmək istəyir, evini, mağazasını girov qoyub, sən sadəcə, zamin dur. Mən və Mahirin tanışı olan digər bir şəxs zamin durduq və Təyyar Bayarmov 3000 dollar kredit götürdü. Məndə olan məlumata görə, Təyyar bu krediti götürmək üçün  400 manat bank işçisinə "şapka" verdi.

Həmin kredit məsələsindən az qala 2 il ötəndən sonra bir neçə ay əvvəl bankın işçiləri mənə zəng edərək banka dəvət etdilər. Mən bankda "Problemli kreditlər və məhkəmə qərarlarının icrasına nəzarət" şöbəsinin böyük mütəxəssisi Namik Allahverdiyevin yanında oldum. O mənə hədə-qorxu gələrək bildirdi ki, Təyyar bir manat da olsun pul ödəməyib və pul faizlərlə bir yerdə təxminən 8 min manata çatıb. Və Təyyar tapılmasa, bu pulu sən ödəyəcəksən, ya da səni həbs edəcəyik.

Mən Namik müəllimə bildirdim ki, kredit 2 il bundan əvvəl verilib, nə üçün bu günədək məsələni qaldırmamısınız? Digər tərəfdən Təyyarın evi, mağazası bankda girov olmalıdır. Belə olan halda mən nə üçün pulu ödəməliyəm? Namik müəllim bildirdi ki, Təyyardan nə ev, nə də mağaza girov götürülüb, ona 3000 dollar kredit girovsuz verilib. Mən bir daha Namik Allahverdiyevdən soruşdum ki, girovsuz krediti siz necə vermisiniz, belə şey mümkündür? 

Namik Allahverdiyev mənə hədə-qorxu gəldi ki, Təyyar qaçıb, harada olur-olsun Təyyarı tapıb gətirməlisən. Mən çox çətinliklə qonşum Mahirin vasitəsilə Təyyarı tapıb Namik müəllimin yanına yolladım. Üstündən bir müddət keçəndən sonra evimə xəbərdarlıq gəldi. Yenidən bankda Namik müəllimin yanında oldum və dedim ki, Təyyarı tapıb yanınıza yolladım. Bunu eşidən Namik müəllim özündən çıxıb aşağıdakıları mənə dedi: Bəli, bacısı ilə gəlmişdi, özü də ayaq üstə dura bilmirdi, içmişdi, burada hay-küy saldı, stulları sındırdı...ona görə də pulu sən qaytarmalısan...

Mən dedim ki, Namik müəllim, Təyyar burada özünü apara bilmirdisə, niyə onu saxlamadınız, onun haqqında heç bir tədbir görmədiniz, axı 3000 dollar pulu 2 il əvvəl o bankdan alıb, mən almamaışam...

Namik müəllim mənə dedi ki, bilmirəm, sənin evini satdırıb pulunu alacam, ya da səni həbs etdirəcəm.

Şikayətçi bildirdi ki, son günlər bankın işçiləri məni bezdirib, iki gündən bir evimə gəlib məni və xəstə həyat yoldaşımı narahat edirlər, bizi hədələyirlər. 

Şikayətçi Faxrəddin Nuriyev bankın Müşahidə Şurasının sədri, millət vəkili Çingiz Əsədullayevdən xahiş edir ki, bu biabırçılığa son qoyulsun.

Yoxsa, Daxili İşlər Nazirliyinə, ölkə başçısına müraciət edəcəm.

Redaksiyadan: Bizim üçün də maraqlıdır ki, bank heç bir girov götürmədən 3000 dollar pulu necə kredit verib?

Bankın əməkdaşları nə üçün 2 il səslərini çıxarmayıb, heç bir tədbir görməyiblər?

Təyyar Bayramov bankda nə üçün hay-küy salıb? Bəlkə verdiyi "şapka"nı tələb edirmiş?

Kredit götürən şəhərdə sərbəst gəzdiyi halda zamin nə üçün həbs olunmalıdır?

Zamin sahə müvəkkilidir, "uçastkovı"dır, kimdir ki, kredit götürəni axtarsın?

Suallar çoxdur. Yəqin ki, bank rəhbərliyi bu və digər suallara aydınlıq gətirəcək.

Çingiz Əsədullayev mandatını itirir - “Azərqazbank” isə iflas edə bilər

YAP-ın seçki siyahısında yerini qoruyub saxlaya bilməyən  “Azərqazbank”ın rəhbəri Çingiz Əsədullayevi ağır günlər gözləyir.

YAP-ın siyahısından kənar qalmasına baxmayaraq millət vəkili, iş adamı “Azərqazbank”ın rəhbəri Çingiz Əsədullayev müstəqil şəkildə 90 saylı Ağdaş seçki dairəsindən namizədliyini vermək istəsə də, ona yaşıl işıq yandırılmır.

Bu barədə pia.az-ı məlumatlandıran mənbə bildirir ki, artıq Çingiz Əsədullayevə seçkilərdə iştirak etməmək tövsiyyə olunub. Mandatını qoruya bilməyən bakir isə hazırda biznesini qorumağa cəhd göstərir. Belə ki, “Beynəlxalq Bank işi”ndən sonra “Azərqazbank”da vəziyyətin heç də ürəkaçan olmadığı bildirilir. 

 

 

 

Qeyd edək ki, fevral ayından başlayaraq dövlətin milyardlarla manat vəsaitini talan edilməsi səbəbi ilə onlarla iş adamı Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsində izahat alınıb və bəzi iş adamları haqqında həbs qəti imkan tədbiri seçilib. Həmin vaxt “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsində dindirilməsi ilə bağlı mətbuatda yayılan məlumatları təkzib etsə də, Çingiz Əsədullayevin məhz “Beynəlxalq Bank işi”nin qurbanına çevrildiyi bildirilir. 

Deputat Cingiz Əsədullayevin "AGBank"ında "çirkli pul" lar necə yuyulur - Beynəlxalq qalmaqal

 

"AGBank"ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev və İdarə Heyətinin sədri Azər Mövsümovun fəaliyyəti müştərilərin kəskin narazılığına səbəb olur.

Hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar xidmətləri ilə bağlı şikayətləri artır. 
Deputat Çingiz Əsədullayevin bankı bir neçə ay öncə "çirkli pullar"ın "yuyulmasında" ittiham olunurdu. Bu sensasion iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy çıxış etmişdi. 
Oxşar iddia barədə ötən ilin iyununda "KrebsOnSecurity" Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılıb. 
Bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri "tərəfdaşlıq" proqramları vasitəsi ilə əsasən "Azəriqazbank"da "yuyularaq" nağdlaşdırılıb. Lakin nədənsə həmin vaxt bank rəhbərliyi bununla bağlı heç bir açıqlama verməyib. 

Paytaxt sakini Sədaqət Hüseyn qızı Namazova mətbuata ünvanladığı müraciətində də "AGBank" tərəfindən hüquqlarının pozulduğunu iddia edib. Onun bildirdiyinə görə, bankın əməkdaşları hər vasitəyə əl ataraq girov qoyulan evləri ələ keçirir, barələrində məhkəməyə şikayət etdikdə isə saymazyana şəkildə məhkəmələrdə iştirak etməkdən yayınırlar: 
"2008-ci ildə iki nəfər ilə birlikdə mən də 4 otaqlı evimi girov qoyaraq "Azəriqazbank"dan 250 min dollar kredit götürdük. Bir il ərzində şəxsən mən banka 119 min 188 dollar ödəniş etdim. Ümumilikdə isə bizim tərəfimizdən banka 165 min dollar pul daxil olmuşdu. 

2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub. Belə olacağını gözləmirdik. 240 min dollar açıq-aşkar şişirdilmiş rəqəm idi. Bununla bağlı bank rəhbərliyinə şikayət etdikdə "kimə istəyirsiz şikayət edin, sizin müraciətlərinizə heç kim baxmayacaq, evlərinizi isə əlinizdən alacağıq" cavabını aldıq". 
Sədaqət Namazova vəziyyətin qəlizləşdiyini gördükdə problemin ədalətli şəkildə həllinə nail olmaq üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini qeyd edib: "Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi. 
Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111, mənzi 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta paltarımı belə, evdən çıxarda bilmədim. Nəhayətdə evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apelyasiya Məhkəməsinə verdi. 
Apelyasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan Səbayel Rayon Məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var. Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq məhkəmə çıxarılan qərarı qüvvədə saxladı". 

Çingiz Əsədullayev əlində olan imkanlardan, eləcə də bəzi yüksək çinli məmurlarla əlaqələrindən istifadə edərək rəhbərlik etdiyi bankın üzləşdiyi problemləri asanlıqla yoluna qoymaqla yanaşı, müştərilərin hüquqlarını da pozmaqdan çəkinmir.

Deputatın “AGBank”ında “çirkli pul” əməliyyatı

 

“AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev və İdarə Heyətinin sədri Azər Mövsümovun fəaliyyəti müştərilərin kəskin narazılığına səbəb olur

Yenilik.Az gundelik-baku.com-a istinadən məlumat verir ki, hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar xidmətləri ilə bağlı şikayətləri artır.
Deputat Çingiz Əsədullayevin bankı bir neçə ay öncə “çirkli pullar”ın “yuyulmasında” ittiham olunurdu. Bu sensasion iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy çıxış etmişdi.
Oxşar iddia barədə ötən ilin iyununda “KrebsOnSecurity” Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılıb.
Bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsi ilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Lakin nədənsə həmin vaxt bank rəhbərliyi bununla bağlı heç bir açıqlama verməyib.

Paytaxt sakini Sədaqət Hüseyn qızı Namazova mətbuata ünvanladığı müraciətində də “AGBank” tərəfindən hüquqlarının pozulduğunu iddia edib. Onun bildirdiyinə görə, bankın əməkdaşları hər vasitəyə əl ataraq girov qoyulan evləri ələ keçirir, barələrində məhkəməyə şikayət etdikdə isə saymazyana şəkildə məhkəmələrdə iştirak etməkdən yayınırlar:
“2008-ci ildə iki nəfər ilə birlikdə mən də 4 otaqlı evimi girov qoyaraq “Azəriqazbank”dan 250 min dollar kredit götürdük. Bir il ərzində şəxsən mən banka 119 min 188 dollar ödəniş etdim. Ümumilikdə isə bizim tərəfimizdən banka 165 min dollar pul daxil olmuşdu.

2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub. Belə olacağını gözləmirdik. 240 min dollar açıq-aşkar şişirdilmiş rəqəm idi. Bununla bağlı bank rəhbərliyinə şikayət etdikdə “kimə istəyirsiz şikayət edin, sizin müraciətlərinizə heç kim baxmayacaq, evlərinizi isə əlinizdən alacağıq” cavabını aldıq”.
Sədaqət Namazova vəziyyətin qəlizləşdiyini gördükdə problemin ədalətli şəkildə həllinə nail olmaq üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini qeyd edib: “Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi.
Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111, mənzi 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta paltarımı belə, evdən çıxarda bilmədim. Nəhayətdə evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apelyasiya Məhkəməsinə verdi.
Apelyasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan Səbayel Rayon Məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var. Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq məhkəmə çıxarılan qərarı qüvvədə saxladı”.

Çingiz Əsədullayev əlində olan imkanlardan, eləcə də bəzi yüksək çinli məmurlarla əlaqələrindən istifadə edərək rəhbərlik etdiyi bankın üzləşdiyi problemləri asanlıqla yoluna qoymaqla yanaşı, müştərilərin hüquqlarını da pozmaqdan çəkinmir.

Deputatın daha bir biznesi ortaya çıxdı – FAKTLARLA ARAŞDIRMA

 

Uzun illərdir ki, mətbuatda bəzi deputatların müxtəlif biznes sahələrinə rəhbərlik etmələri, onların adlarının müxtəlif biznes qalmaqallarla hallanması barədə məlumatlar dolaşır. Hətta bu məlumatlar arasında biznesmen-deputatların öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, müxtəlif müəssisələri ələ keçirmək istəkləri, inhisarçılıq meylləri də yer alır. Bəzən elə hallar da baş verir ki, həmin deputatların bəziləri kommersiya fəaliyyəti ilə məşğul olduqlarını gizlətmirlər, əksinə bunu açıq şəkildə bəyan edirlər.

Arqument.Az-ın araşdırmalarına görə, bu deputatlardan biri də Çingiz Əsədullayevdir. Dəfələrlə adı biznes qalmqallarında hallandırılan deputat bu məlumatları təkzib edib, amma faktlar başqa şey deyir… Yəni ortada əlahəzrət fakt var…

Milli Məclisin deputatı, yoxsa bank rəhbəri?

(http://www.meclis.gov.az/?/az/content/287)

90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə seçilən Çingiz Əsədullayev haqqında “AGBank” ASC-nin rəsmi saytında bildirilir:

“Əsədullayev Çingiz Rauf oğlu,

Müşahidə Şurasının Sədri

25 avqust 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.

Ali təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, “Maliyyə və kredit” fakültəsində almışdır. İqtisadçıdır.

1981-ci ildə Dövlət Bankında iqtisadçı vəzifəsində işləməyə başlamışdır.

1981-1983 illəri arasında Sovet Ordusu sıralarında hərbi xidmətini tamamlamışdır.

Ordudan tərxis olunduqdan sonra, 1983-cü ildə Dövlət Bankındakı işinə qayıdaraq, Kənd təsərrüfatının kreditləşməsi idarəsində işləməyə başlamışdır. 1984-cü ildə həmin idarədə aparıcı iqtisadçı vəzifəsində işləmişdir.

1986-cı ildə APK-nin Sənayenin kreditləşdirilməsi idarəsində aparıcı iqtisadçı və həmin il Azərbaycan SSRİ-nin Dövlət Aqrar Sənayesində iqtisadçı işləmişdir.

1987-1989-cu illərdə Azərittifaqda işləyən cənab Əsədullayev, əvvəl Plan-iqtisad idarəsində rəis müavini, sonra isə Maliyyə-iqtisad idarəsində rəis müavini vəzifələrində çalışmışdır. Bu idarənin baş iqtisadçısı olmuşdur.

1990-cı ildə Bakı Şəhər İstehlak Cəmiyyətinin Plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işləmişdir.

Həmin il Sovet-Alman MM “Nefteko”-nun icraçı direktoru olmuşdur.

Bir il sonra “Turan” SC-nin vitse-prezidenti təyin olunan cənab Əsədulayev, 1992-ci ildə “Azəriqazbank” ASC-nin İdarə Heyətinin sədri, 1997-ci ildə isə bankın Müşahidə Şurasının sədri olmuşdur.

2005-ci ildən Milli Məclisin deputatıdır.

Evlidir, 4 oğlu var.

Əlaqə nömrəsi: 1273”.

(http://www.agbank.az/?/az/content/166/)

Göründüyü kimi, deputatın bank rəhbərliyində təmsil olunması açıq-aşkar göstərilir. Bundan əlavə onun səhmlər və əqdlər bölməsində pay sahibi olduğu da qeyd olunur. Hazırda onun 23.096 faiz bankda pay sahibi olduğu rəsmi olaraq əksini tapıb. Qeyd edək ki, Çingiz Əsədullayevin rəhbərlik etdiyi və əsas payçısı olduğu “AG Bank” (“Azəriqazbank”) 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biri kimi tanınır. Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir. “Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir. Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir…

Deputat həmkarı da təsdiq edib…

“Bizim aramızda iri biznes adamları var. Mənə elə gəlir ki, onlar deputat kimi öz fəaliyyətlərini səmərəli qura bilmədi. Onlar adətən susur. Bir-iki nəfər istisna olmaqla. Çingiz Əsədullayev aktivdir, sağ olsun. Qalan biznes strukturunun nümayəndələri passivdir. Bəlkə də səviyyələri olmadı, bəlkə də, siyasət aləmində tanınmadıqlarına görə utandılar danışmağa…” – bu fikirlər isə Milli Məclisin deputatı Elmira Axundovaya məxsusdur. O, bir müddət öncə modern.az saytına müsahibəsində biznesmen deputatları tənqid edərəkən belə demişdi.

Bəs qanun nə deyir?

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Ancaq buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur.

Tanınmış hüquqşünas, REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Arqument.Az-a açıqlamasında bildirir ki, deputatın bizneslə məşğul olması kobud qanun pozuntusudur: “Kobud pozuntudur”.

“Əgər həm də səhmdardırsa” sualına isə hüquqşünas: “Səhmdar ola bilər, amma bankın idarəedici qurumlarında iştirak edə bilməz”, – deyə cavab verir.

Adının çəkilməsini istəməyən digər hüquqşünasın cavabı isə maraqlıdır. Onun Arqument.Az əməkdaşının “deputat bankın Müşahidə Şurasının sədridirsə, bu kommersiya fəaliyyəti sayılır?” sualına cavabı belə oldu: “Çingiz Əsədullayevi nəzərdə tutmursunuz? Bəli, deputatın bizneslə məşğul olması qanunla qadağandır. Amma əgər söhbət Çingiz Əsədullayevdən gedirsə, ona olar…”

Əslində, gülüşlə deyilən bu ifadədə açıq ironiya hiss olunur…

Deputat Çingiz Əsədullayevlə əlaqə saxlmaq isə mümkün olmadı. Onun telefonuna dəfələrlə zəng etsək də, mövzu ilə bağlı açıqlama almaq istəyimiz baş tutmadı…

Başqa biznesmen deputatlar kimlərdir?

Milli Məclisin biznesmen deputatları kimi ən çox adları hallanan şəxslər bunlardır;

Əsabil Qasımov: “Karmen” şirkətini idarə edir. Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının saytında Ə.Qasımov “Karat Holding” şirkətinin direktoru kimi qeydiyyatdan keçib. Bu fakt şirkətdən təsdiqlədilənib. Onunla bağlı açıqlamalrın birində bildirilir ki, bu holdinq ona məxsusdur və günün çox hissəsini burada oturur.

Ərəstun Cavadov deputat olmaqla yanaşı Mərkəzi Univermağın İdarə Heyətinin sədridir. Əhməd Vəliyev də deputat olmaqla yanaşı “Odlar Yurdu” Universitetinin rektorudur. “Odlar Yurdu” özəl universitetdir. Bu baxımdan Əhməd Vəliyev biznesmen deputatlar kateqoriyasına aid edilməlidir. Həmçinin deputatlar – Nəriman Əliyev, Cavanşir Feyziyev, Xanlar Fətiyev, Malik Həsənov, Fərhad Qəribov, Rüfət Quliyev, Ülvi Quliyev də ayrı-ayrı sahələr üzrə biznes sahələrinə rəhbərlik edirlər.

Araşdırmalarımız davam edir…

7News.az

 



 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ