RU
lombard
Deputatlar TƏCİLİ toplaşırlar – SƏBƏB
13:25
456

Deputatlar TƏCİLİ toplaşırlar – SƏBƏB

Azerforum.com xəbər verir ki, Milli Məclisin noyabrın 24-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

Bu barədə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Müzakirə olunacaq 6 məsələ aşağıdakılardır:

1. "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında ( ikinci oxunuş)

2. "Azərbaycan Respublikasının "Vətən Müharibəsinin Qəhrəmanı” adının təsisi edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş)

3. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə (üçüncü oxunuş)

4. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) Azərbaycan Respublikasının yubley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş)

5. "Ətrəf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş)

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi haqqında (ikinci oxunuş)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ