lombard

Dərs zamanı tavanı çökən məktəbdə tədris davam edir - GORANBOYDA BİABIRÇILIQ

Dərs zamanı tavanı çökən məktəbdə tədris davam edir - GORANBOYDA BİABIRÇILIQ
Goranboy rayonunun Boluslu kənd tam orta məktəbi qəzalı vəziyyətdədir. 

Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat verib. 

230-dan artıq şagirdin təhsil aldığı məktəb binasının tavanı ötən ilin sentyabrında, ikinci sinif şagirdlərinin ilk dərs keçdiyi zaman çöküb. 

Məktəb üç korpusdan ibarətdir. İkimərtəbəli birinci korpusun bir əsrdən artıq yaşı var. Tavanı çökən ikinci korpus isə 1967-ci ildən fəaliyyət göstərir. Hazırda dərs keçilən sonuncu korpus isə 16 il öncə istifadəyə verilib. 

Məktəbin sonuncu korpusunda altı sinif, bir direktor otağı var. Burada dərslər iki növbəli keçirilir. Səhər saatlarında yuxarı, günorta isə ibtidai sinif şagirdləri həmin binada dərs keçirlər.

Valideynlər sıxlığın dərsin keyfiyyətinə mane olduğunu bildirirlər. Onlar tezliklə qəzalı vəziyyətdə olan məktəb binasının yerində yeni təhsil ocağının inşa edilməsini arzulayırlar.

Qeyd edək ki, Boluslu kəndində 1442 sakin yaşayır. Kənd ipək yolunun kənarında, turizm bölgəsi olan Naftalan şəhərinə gedən yolun üzərində yerləşir. 
 
 
 

 

Xəbər lenti