Dikdaban ayaqqabı ilə tormoz verə bilməyən model "Lamborghini"ni hovuza saldı - FOTO

Dikdaban ayaqqabı ilə tormoz verə bilməyən model

Məşhur futbolçu Neymarın keçmiş sevgilisi "Lamborghini" avtomobili ilə qəza törədib.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, "Playboy" modeli Soraja Vucelic ayağında dikdaban ayaqqabı olduğuna görə qəzaya düşüb.

Ayaqqabısına görə tormoza basa bilməyən modelin göy rəngli "Lamborghini"si hovuza düşüb. Model həmin anların görüntüsünü şəxsi Instagram hesabında paylaşıb.

O, videonu "dikdaban ayaqqabı əyləcin üzərində sürüşərsə" başlığı ilə Instagram-a yükləyib.

Hadisə Fransada, Kann şəhərində baş verib.

 

Qeyd edək ki, "Lamborghini" markalı avtomobillərin qiyməti yarım milyon manatdan başlayır.

7News.Az

Xəbər lenti