Amerikanın Men ştatına meteorit düşdü

Amerikanın Men ştatına meteorit düşdü

Parlaq iz videokameralar tərəfindən qeydə alınıb.

Amerikanın Men ştatının şimali-qərb hissəsində meşə sahəsinə kiçik meteorit düşüb.

Səma cisminin düşməsini Nyu-York, Men, Vermont, Nyu-Hempşir və Rod-Aylend ştatlarında 400-ə yaxın insan izləyib.

Onun səmada buraxdığı parlaq iz Vermont ştatının Berlinqton aeroportunun videokameralarına düşüb.

Meteoritin ölçüsü, çox güman ki, onlarla santimetr olub. Men ştatının Mineroloji muzeyi meteoritin bir kq-dan az olmayan parçasını gətirənə 20 min dollar mükafat verəcəyini elan edib./oxu

7news.Az

 

Xəbər lenti