lombard

Dörd deputat həm də korrupsiyaya qarşı “savaş açanlar” sırasındadır - ADLAR

Dörd deputat həm də korrupsiyaya qarşı “savaş açanlar” sırasındadır - ADLAR

Milli Məclisin dörd deputatı həm də Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvüdürlər.

7News.Az-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli komissiyanın tərkibindədir.

Bununla yanaşı, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyilə ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da komissiyada yer alır.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komissiyanın deputat olan digər üzvüdür.

Komissiyanın katibi Kamal Cəfərovdur. O, 63 saylı Sabirabad Seçki Dairəsindən deputat seçilib.

7News.Az

Xəbər lenti