Nazlıgülün "qatili" FETÖ-çü çıxdı

Nazlıgülün

Ordudan kənarlaşdırılınca intihar edən baş leytenant Nazlıgülün komandiri FETÖ-cü çıxdı.

7News.Az bildirir ki, "Niyə makiyaj edirsən?" deyə sorğu-sual edilib "intizamsızlıq və əxlaqi vəziyyət" səbəbiylə ordudan uzaqlaşdırılınca intihar edən - bir uşaq anası, baş leytenant Nazlıgül Daştanoğlunun komandiri olan general Mehmet Cahit Mis ilə Baş qərargah rəisi general-leytenant Mustafa Özsoy 15 iyul gecəsi - çevriliş cəhdindən sonra həbs olunublar.

Nazlıgülün anası Nevin Daşdanoğlu qızının "uydurma səbəblərlə" ordudan uzaqlaşdırıldığını bu sözlərlə ifadə edib: "Nazlıgülün oğlu "Anam yadıma düşən kimi ürəyim ağrıyır. Məni həkimə apar nənə" deyir. Atatürkçü, azad ruhlu, vətən-millət sevdalısı qızımı əxlaqsızlıqda günahlandırıb, öldürdülər. İndi kimin əxlaqsız olduğu ortaya çıxdı. Allah onları öldürsün".

7News.az

Xəbər lenti