Dubay əmiri İngiltərəyə qaçan arvadına səsləndi: "İstanbuldakı Konsulluğumuza gəl, evdə aslanlarımız, pələnglərimiz sənin üçün darıxıblar!"

Dubay əmiri İngiltərəyə qaçan arvadına səsləndi:

Türkiyəli blogerlər Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid 40 milyon dollarla İngiltərəyə qaçan həyat yoldaşı, şahzadə Hayaya çağırış etməsi barədə maraqlı məlumat yayıblar. 


Türkiyəli blogerlər Şeyx Məhəmməd bin Rəşidin guya Dubay dövlət televiziyası vasitəsilə Hayanı svil formada boşanmağa səslədiyini bildiriblər:


Şeyxdən sitat gətirilən həmin məlumatda deyilir: 'Mən bir qədər araşdırdım, İngiltərədə bu cür işlərin sənədləşdirmə prosesi çox mürəkkəbdir. Sən elə tələsik evdən qaçıb məni aləmə rəzil etdin ki, şərəfim 2 qəpiklik oldu. Artıq olan olmuş, nə isə etməyin mənası yoxdur. Haya, zəhmət olmasa bir ara vaxt edib İstanbuldakı Konsulluğumuza baş çək, boşanma sənədlərini həll edək birdənəm!''.

 

Image result for Şeyh Muhammed bin Reşit El-Maktum


Daha sonra məlumatda qeyd olunur ki, Şeyx Məhəmməd bin Rəşid boşanmaq üçün guya xüsusi heyət hazırlanmasına tapşırıq verib. 


"Boşanmaq işlərini tez bir şəkildə həyata keçirmək üçün 6 nəfərlik xüsusi heyəti İstanbula göndərirəm. Doğru sözümdür. Əvvəl sənə çox acıqlı idim, amma indi tam sakitəm. Nəticədə on illik yaşanan münasibətlərimiz var, 2 övladımız var, evdə aslanlarımız, pələnglərimiz var. Onlar da sənin üçün darıxıblar. Sənə salamları var. Nə isə. Mən istəyirəm ki, sənin də başın rahat olsun birdənəm. Bu cür Londonda gizlənmək və sairə yaraşmır qoca şahzadəyə. İstəsəm gəlib səni tapıb təyyarəyə mindirib gətirərəm. Məni bu cür işlərlə məşğul olmağa sövq eləmə. Yaxşısı budur, özün İstanbuldakı konsulluğumuza gəl, boşanma məsələsini bitirək...".

 

Məlumatı Şeyxin dilindən "zaytung.com" saytı yayıb. 

 

Related image


7News.Az

Xəbər lenti