Türkiyədə hərbi helikopter qəzaya uğrayıb:

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb:

Qəza zamanı helikopterdə 15 nəfər olub.

Türkiyənin Giresun əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “S70” tipli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

Bu barədə 7news.Az “İhlas” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub. Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.

Ölənlərin ikisi zabit, ikisi onların həyat yoldaşı, ikisi isə uşaqdır.

Qəzaya qeyri-sabit hava şəraitin səbəb olduğu ehtimal edilir.

----

Qəza zamanı helikopterdə 10 nəfər olub.

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) helikopteri ölkənin şimal-şərqində, Giresun vilayətində qəzaya uğrayıb.

7news.Az-ın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, qəza zamanı helikopterdə 10 nəfər olub. Onlar arasında vilayət jandarmeriyasının rəisi Mustafa Doğru da var. Hadisə yerinə xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

7news.Az

Xəbər lenti