"Dəniz qızı" dünyaya gəldi

Hindistanın şimalındakı Uttar Pradeş əyalətinə bağlı Sahranpur şəhərində bir körpə "dəniz qızı" kimi, ayaqları bir-birinə yapışıq olaraq dünyaya gəlib.

7News.az bildirir ki, körpənin eyni zamanda əl barmaqlarının da eynilə bir üzgəc kimi bir-birinə yapışıq olduğu ortaya çıxıb.

22 yaşındakı ana tibb tarixində çox nadir rast gəlinən bir körpə dünyaya gətirib. Körpə "dəniz qızı sindromu" adı verilən bir anormallıqla dünyaya gəlib. Ayaqları bir-birinə yapışıq olan və cinsiyyəti təyin olunmayan körpə doğuşdan sonra cəmi 10 dəqiqə yaşayıb.

Qeyd edək ki, bu tibb tarixinə keçən dördüncü hadisədir. Bu xəstəlikdə cinsi orqan görünmür. Bu cür doğulan körpələrin əksəriyyətinin sidik kisəsi inkişaf etməmiş olur. Onlarda böyrək və ifrazat sistemi orqanları doğru şəkildə işləmir. Bu səbəbdən körpə doğulandan qısa bir müddət sonra ölür. Ancaq dünyada “Dəniz qızı sindromu” ilə doğulub, sonardan əməliyyatla ayrılaraq yaşayan iki adamın olduğu bilinir.

Xəbər lenti