RU
lombard
“Dövlət işi” axtaranların nəzərinə
14:29
4039

“Dövlət işi” axtaranların nəzərinə

Müsabiqə elan olundu.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 30 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 130 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.

Bu barədə Komissiyadan bildirilib.

Komissiyadan qeyd edilib ki, 30 vakant yerdən 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 65-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadı.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər avqustun 28-dən sentyabrın 26-dək müraciət formalarını Komissiyayaya təqdim etməlidirlər. 

Daha ətraflı aşağıdakı linkdən tanış olmaq olar: /oxu

http://www.csc.gov.az/index.php/home/article/1019 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ