Erməni qadın və 3 uşağı qətlə yetirildi

Erməni qadın və 3 uşağı qətlə yetirildi

İyulun 10-da Gürcüstanın Axalkalki rayonunda erməni ailəsi qətlə yetirilib.

Hadisə Vaçə kəndində baş verib. Məlumata əsasən ailəyə məxsus evdə 37 yaşlı qadın və 7, 16, 18 yaşlı 3 uşağının meyiti tapılıb.

Onların meyitlərini hadisədən bir neçə gün sonra qonşuları aşkar edib. Məlum olub ki, ana və qızı baş nahiyyəsindən küt alətlə vurularaq öldürülüb. Oğlanlardan biri isə boğulub.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə zamanı ev alt-üst edilib.

Ailə başçısının Rusiyada olduğu bildirilir./azvision

7News.az

Xəbər lenti