Əhmədlidə kirayədən “Topaz”a: Vəsilə Abdulova kimdir? – villalar, maşınlar, Türkiyə biznesi…

Əhmədlidə kirayədən “Topaz”a: Vəsilə Abdulova kimdir? – villalar, maşınlar, Türkiyə biznesi…
Azərbaycan mediası Vəsilə Abdulova adlı xanımdan danışır. Onun adı "Topaz” qumarında keçir. Xanım Abdulova "Baltech Investment LLC”-nin "Turksel” şirkətinin səhmlərini almasından sonra şirkətin mərc yarışlarında maliyyə işləri ilə məşğuldur.

Reportyor.info öyrənib ki, V.Abdulova sıradan xanım deyil. Araşdırmamıza görə, o, "Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olmaqla yanaşı Voleybol Federasiyasının maliyyə məsələləri üzrə vitse-prezidenti imiş.

Vəsilə xanım "Azərreyl” voleybol klubuna da baş mühasib gətirilmişdi. Bu etimad və onun maliyyə işlərində səriştəli olması "Topaz”a qədər irəliləməsinə səbəb olub.

Elə bunun nəticəsidir ki, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan V.Abdulovanın hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri göz qamaşdırır.

Onun şəhərin bahalı yerlərində yeni tikilən binalardan evlər aldığı da iddia olunur. Türkiyədə isə 4 otaqlı evinin olduğu bildirilir.

Hətta məşhur veteran voleybol məşqçisi Faiq Qarayevlə Türkiyədə şərikli bizneslərinin olması haqda xəbərlər var. Abdulovanın son 3 ildə yaranmış avtomobil qarajı da xüsusi maraq doğurur.

Dəmiryolçu xanımın qarajında "022 Range Rover”, "022 Lexus”, "011 Hyundai”, "BMW 5” və "Pajero Jeep” markalı avtomobil kolleksiyası var. Bütün bu daşınar və daşınmaz sərvəti Vəsilə xanım son 3 ildə əldə edib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olan xanım məmurun bu qədər sərvətə necə nail olması ciddi suallar ortaya doğurur.

Reportyor.infoxəbər verir ki, Abdulova iş həyatına 2006-da "Azərinşaatservis” MMC-də iqtisadçı və maliyyə mütəxəssisi kimi başlayıb.

Sonra "Azelektromaş” MMC-də baş mühasib, 2014-cü ildə "Bakı Elektriktökmə” QSC-də baş mühasib, 2015-ci ildə isə "Nurgün” şirkətlər qrupunda maliyyə müdiri işləyib.

Onun ulduzu 2016-da "Azərreyl” voleybol klubunda baş mühasib, 2 ay sonra isə klubun vitse-prezidenti vəzifəsində çalışmağa başlayanda parlayıb.

Sonrası göz qabağındadır və artıq karyera yüksəlişi milyonçu xanımın daha çox varlanmasına gətirib çıxarmaqdadır.

Bu dəfə məmur "Topaz” qumarı ilə böyük kapital əldə etmək fikrindədir. Maraqlıdır ki, "Topaz” qumarına əsas kuratorluğu QSC-nin müavini Vüsal Aslanov edir.

V.Aslanov dəmiryol idarəsində rəis müavini olmaqla bərabər, "Azərinteltek” QSC-nin idarə heyətiüzvüdür. Bu məsələdə onun müavini V.Abdulova isə əsas köməkçisidir.

Maraqlıdır ki, Aslanovla Abdulovanın tanışlığı "Azərinşaatservis” MMC-dən başlayır. Aslanov hüquq müşaviri vəzifəsində, Abdulova isə maliyyə mütəxəssisi işləyiblər.

V.Aslanovun adı müxtəlif maxinasiyalarda hallanıb. Mətbuat yazır ki, ona kimsə bata bilməyib. Çünki rəisin oğlu ilə dost olduğunnu deməklə qorumağa müvəffəq olub.

O, 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb.

2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri kimi fəaliyyət göstərib. Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır investisiya yatıran "Turkcell” şirkəti bir müddət əvvəl "Azerinteltek”dəki payını satışa çıxarıb.

Türkiyənin xəbər saytları yazır ki, artıq şirkət öz payını "Baltech Investment LLC”-yə satıb. Hətta, nüfuzlu haberler.com portalı "Turkcell” şirkətinə istinadən "Azerinteltek”dəki paylarının satışı haqqında açıqlama verib.

"Turkcell” İnternet Texnologiya İnvestisiya və Məsləhətçilik Ticarət (İnteltek) şirkətində 55 faiz paya malik olub. "Azerinteltek”də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib.

Şirkət səhimlərini "Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək”, – deyə, şirkətdən bildirilib.

Məlum alqı-satqı anlaşmasınadək "TOPAZ”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.

"Turkcell”in Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etməsinin səbəbləri hələ bəlli olmasa da, görünən odur ki, 19,5 milyon avroluq alqı-satqı müqaviləsi şirkətin maraq dairəsində olub.

"Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.

"Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.
 
 
7News.Az

Xəbər lenti