Ekspert nazirliyin şöbə müdirini “naşı və ədabaz” adlandırdı

Ekspert nazirliyin şöbə müdirini “naşı və ədabaz” adlandırdı

Tanınmış təhsil eksperti Etibar Əliyev Təhsil Nazirliyinin (TN) şöbə müdiri Emin Əmrullayevi "naşı və ədabaz” adlandırıb.

E.Əliyev şöbə müdirinin İTV-dəki çıxışına münasibət bildirərkən belə deyib və Əmrullayevlə bağlı Təhsil Nazirliyinin rəhbərliyinə çağırış edib.

E.Əliyev mövzuya dair feysbuk statusunda yazır: "Bu gün İTV-də "Sabaha saxlama” proqramında "700 bal niyə toplanılmadı: Yeni qaydalar bizə nə verdi?” mövzusunda keçirilən diskussiyaya baxdım. Təhsil Nazirliyini Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru əvəzi Emin Əmrullayev təmsil edirdi. E.Əmrullayevin təhsilin keyfiyyətinin şagird sıxlığından asılılığı, repetitorluğun geniş vüsət almasının səbəbləri, yeni kurikulumların qəbul prosesindəki rolu barədə danışıqları o qədər naşı xarakter daşıdı ki, tanımayan elə bilərdi ki, bu adam ya İnam Kərimovun, ya da Sahil Babayevin sıravi işçisidir. Məncə, nazirlik rəsmilərinin bəzilərinin belə danışıqlarından əhalinin təhsil haqqında bilgiləri dumanlı olur. Tövsiyə edərdim ki, Təhsil Nazirliyinin rəhbərliyi iki vəzifə tutan bu adamın çıxışına baxsın. Başa düşdüklərini aralarında müzakirə etsinlər, sonra cəmiyyətə açıqlama versinlər. Bu adamın əl qoyduğu bütün layihələr fiaskoya uğrayıb. Bəlkə bunu da bilmirlər?

P.S. Tamaşaçını adamın verilişdəki ədabazlığı qıcqıran savadından daha çox əsəbləşdirirdi”./AzPolitika.info

7News.Az

Xəbər lenti