Eldar Sabiroğlunun oğlu əfv olunub

Eldar Sabiroğlunun oğlu əfv olunub
Rüşvət almaqda təqsirləndirilərək həbs olunan Rüfət Səfərov əfv olunub.

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında onun da adı var.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüfət Səfərov 2016-cı ildə məhkum edilib. R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib.

O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.
 
7News.Az

Xəbər lenti