"Azərbaycana səfərə hazırlaşıram"

İsrailin baş naziri Benyamin Netanyahu Qazaxıstana və "ola bilsin" Azərbaycana səfərə hazırlaşdığını bəyan edib.

Baş nazir bu haqdaKeniyaya səfəri zamanı deyib.

Netanyahu onu Afrika turnesində müşaiyət edən jurnalistlərlə söhbətində deyib ki, İsrail Fələstin məsələsində mövqelərini möhkəmləndirmək və diplomatik əlaqələrini genişləndirmək üçün yeni alyanslar qurur. Netanyahu bu çərçivədə "qış aylarında"Qazaxıstana və Azərbaycana səfər edəcəyini deyib. Lakin o, səfərin konkret tarixini açıqlamayıb./virtualaz.org

7News.Az

Xəbər lenti