lombard

Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin edilib

Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.H.Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

7News.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

7News.Az

Xəbər lenti