RU
lombard
Elza Seyidcahandan YAP açıqlamasına sərt reaksiya
13:25
12772

Elza Seyidcahandan YAP açıqlamasına sərt reaksiya

Bu gün mətbuatda 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahan üzvü olduğu Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric ediləcəyi ilə bağlı məlumatlar dərc edilib.  

Buna səbəb isə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Elza Seyidcahanın seçkiöncəsi partiyanın nüfuzuna xələl gətirən çıxışlar etməsi və YAP-ın siyasi kursuna zidd mövqe sərgiləməsi əsas götürülüb.

Məsələ ilə bağlı 7News.Az-a danışan bəstəkar-müğənni bütün bunların şayiə olduğunu bildirib: “Mən YAP-dan ötrü canımdan belə keçərəm. Heç vaxt hörmətsizlik və artıq-əskik bir addım atmaram. Hər kəs bilir ki, xalqım üçün çalışan bir insanam. Vətənimi sevən birisiyəm”.

Bu cür addımı YAP üzvü Tahir Süleymanovun atdığını dilə gətirən sənətçi, qara ləkə yaxmaq üçün başqa yol tapsın deyə səslənib: “Mən sözümü demişəm. Tahir kimilərdir ki, xalqını, millətini sevmir. Nə gəldi danışırlar. Bacarırsa, mən dediyim kimi, o da sözünü deməyi bacarsın. Yalandan şayiələr yaymasın”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ