RU
lombard
Əməkdar artist canlı efirdə söyüş söyüb?: “Ağzımın danışığını bilən insanam” - VİDEO
17:40
425

Əməkdar artist canlı efirdə söyüş söyüb?: “Ağzımın danışığını bilən insanam” - VİDEO

İki gün öncə ATV-də yayımlanan "Şou ATV” proqramında Əməkdar artist Vasif Məhərrəmlinin canlı efirdə qeyri-etik ifadə işlətdiyi iddia olunub.

Həmkarı və duet ortağı Xatirə İslamla proqramda qonaq olan müğənni sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə yayılanlara cavab verib. 

Mövzunun müzakirəsi zamanı xanım müğənni gülərək heç vaxt belə bir şeyin olmadığını söyləyib və Vasif Məhərrəmlinin yanından uzaqlaşıb. Bu anda Əməkdar artist sənətçinin sözügedən addımına anlaşılmayan və səssiz şəkildə cavab verib. Bu da Vasif Məhərrəmlinin canlı efirdə söyüş söydüyü qalmaqalını yaradıb.

Məsələnin əslini öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Vasif Məhərrəmli ilə əlaqə saxlayıb.

O, hadisəni belə şərh edib:

"İlk dəfədir ki, sizdən eşidirəm. Həyatı boyu elə bir şey ola bilməz. Mən ağzımın danışığını bilən insanam. İndi mən bunu özüm araşdıraram. Bu təxribatdan başqa bir şey deyil”.

Qeyd edək ki, məsələ ilə bağlı xəbəri ilk olaraq Qafqazinfo.az yayımlayıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ